Azərbaycan və İsrail şirkətləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan və İsrail şirkətləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycanın “Ground Technical Support” MMC (GTS) şirkəti digər hərbi texnika nümunələri ilə yanaşı zirehli transportyorların servis xidməti, təmiri və modernləşdirilməsi üzrə imkanlarını artırır və özünün xarici əlaqələrini genişləndirir.

GTS-dən “Poliqon”a verilən məlumata görə, bu istiqamətdə zəruri araşdırma işləri yerinə yetirilmiş, həmçinin zirehli transportyorların modernləşdirilməsi məqsədi ilə İsrailin “Automatica Engineering & Technology E.M.A.R Ltd” şirkəti ilə danışıqlar aparılmışdır. ‎

Uzunmüddətli danışıqların uğurlu nəticəsi olaraq, 16 iyul 2024-cü il tarixində, “Ground Technical Support” MMC-nin direktoru Emin Mahmudov və “Automatica Engineering & Technology E.M.A.R Ltd” şirkətinin İdarəedici direktoru Ronni Aizenstein zirehli transportyorların modernləşdirilməsi məqsədi ilə quraşdırma dəstlərinin hazırlanması və onların texnikaların üzərinə quraşdırılması barədə əməkdaşlıq müqaviləsini imzalayıblar.

CATEGORIES
TAGS