ANKA III PDT ilk atış sınağında hədəfi dəqiqliklə vurub – VİDEO

ANKA III PDT ilk atış sınağında hədəfi dəqiqliklə vurub – VİDEO

Türkiyənin TUSAŞ şirkəti tərəfindən inkişaf etdirilən ANKA III pilotsuz döyüş təyyarəsinin (PDT) ilk atış sınağı həyata keçirilib.

“Poliqon” TUSAŞ-a istinadən xəbər verir ki, ASELSAN-ın ASELFLIR-500 elektro-optik kamerası ilə təchiz edilən ANKA III sınaq zamanı “Roketsan”ın TEBER-82 tuşlama dəsti ilə hədəfi dəqiq şəkildə vurub.

Beləliklə, ANKA III pilotsuz döyüş təyyarəsi 12-ci uçuşunda ilk atış sınağını uğurla yerinə yetirib.

CATEGORIES
TAGS