5-ci ADEX və 14-cü “Securex Caspian” sərgiləri öz işinə başlayıb – FOTOLAR

5-ci ADEX və 14-cü “Securex Caspian” sərgiləri öz işinə başlayıb – FOTOLAR

Bakıda 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə ADEX və 14-сü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları “Securex Caspian” sərgilərinin rəsmi açılışı olub.

“Poliqon” xəbər verir ki, Müdafiə Sənayesi naziri Vüqar Mustafayev tədbiri açıq elan edib, qonaqları salamlayıb.

Qeyd edək ki, üç gün davam edəcək ADEX və “Securex Caspian” sərgilərində 37 ölkədən 218 şirkət iştirakını və 27 ölkədən 53 rəsmi nümayəndə heyəti öz ziyarətini təsdiq edib.

ADEX sərgisində dəniz gəmiləri və hərbi dəniz sistemləri, hərbi geyim və ləvazimatlar, hərbi laboratoriyalar, hərbi təhsil müəssisələri və hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr, logistika xidmətləri, tibbi ləvazimatlar, mühəndislik sistem və qurğuları, müdafiə və təhlükəsizlik üzrə konsaltinq, optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), radioelektron sistemlər, C4ISR, silah istehsalı üçün avadanlıqlar, silah və sursat, silahların utilizasiyası üzrə vasitə və texnologiyalar, simulatorlar və təlim sistemləri, tədqiqat institutları, təyyarə və aviasiya sistemləri, zirehli döyüş nəqliyyat vasitələri, kibertəhlükəsizlik həlləri və digər məhsullar nümayiş olunur.

2014-cü ildən Azərbaycanda keçirilən ADEX Beynəlxalq Müdafiə Sərgilərinin rəsmi media tərəfdaşı olan POLİQON jurnalı sərgidə 5-ci dəfə özünün Azərbaycan və İngilis dillərində qarışıq hazırlanmış Xüsusi Buraxılışı ilə çıxış edir.

DSC 0590 DSC 0592 scaled e1727158344558 DSC 0594 scaled e1727158528851 DSC 0595 scaled e1727158512909DSC 0593 scaled e1727158544803DSC 0597 DSC 0599 DSC 0600 DSC 0601 DSC 0602 DSC 0605 DSC 0606 DSC 0607 DSC 0608 DSC 0609 DSC 0610 DSC 0611 DSC 0612 DSC 0613 DSC 0603 DSC 0604

CATEGORIES
TAGS