SAHA EXPO-2024: ASELSAN yeni antidron sistemlərini təqdim edir

SAHA EXPO-2024: ASELSAN yeni antidron sistemlərini təqdim edir

ASELSAN şirkəti İstanbulda şəhərində keçirilən SAHA EXPO-2024 sərgisində yeni antidron sistemlərini təqdim edir.

ASELSAN-dan “Poliqon”a verilən məlumata görə, şirkətin təqdim etdiyi yeni antidron sistemlərinin arasında KORKUT 25 mm uzaqdan idarə olunan silah sistemi, BUKALEMUN GNSS aldatma sistemi, KANGAL-FPV qarışdırma sistemi və İHTAR antidron sisteminə inteqrasiya edilmiş SEDA 100-cUAV akustik aşkarlama sistemi yer alır.

KORKUT 25 mm, ilk növbədə zirehli quru hədəflərinə qarşı dizayn olunub ki, bu da onu taktiki maşınlara inteqrasiya üçün ideal həll edir. O, təkərli (4×4, 6×6, 8×8) və tırtıllı quru nəqliyyat vasitələrinə inteqrasiya oluna bilməsi ilə seçilir. Onun innovativ dizaynı, xüsusilə kiçik yaşayış yerlərində mini-mikro PUA təhlükələrinə qarşı effektiv şəkildə mübarizə aparmağa imkan verir. 25 mm-lik havada partlayan sursatla təchiz edilən KORKUT 25 mm, radar və müşahidə kameraları kimi xarici sensorlardan alınan məlumatlardan istifadə edərək PUA-lara qarşı həm yumşaq, həm də sərt öldürmə qabiliyyəti təmin edir. Sistem uzaqdan işləmə xüsusiyyəti, yüksək ayırdetmə qabiliyyətinə malik gündüz və gecə/infraqırmızı kameraları, eləcə də lazer məsafəölçəni, avtomatlaşdırılmış hədəf aşkarlama və izləmə funksiyası, atəş dəqiqliyi, yüksək atış gücü və qabaqcıl avtomatik ballistik hesablama imkanları ilə müxtəlif döyüş ssenarilərində istifadə edilə bilər.

BUKALEMUN GNSS aldatma sistemi çoxlu GNSS qəbulediciləri vasitəsilə havadakı PUA-ları aldatmaq qabiliyyətinə malikdir. Aldatma mövzusunda qabaqcıl sistem olan BUKALEMUN əvvəlcədən müəyyən edilmiş ssenarilər daxilində xeyli uzun məsafələr üçün statik və dinamik aldatma imkanlarını uğurla təmin edir. SAHA EXPO-da təqdim edilən KANGAL-FPV qarışdırma sistemi elektron müharibə kimi FPV (First Person View) dronların zərərsizləşdirilməsini yerinə yetirmək üçün hazırlanıb. İHTAR antidron sisteminə inteqrasiya edilmiş SEDA 100-cUAV akustik aşkarlama sistemi dəqiq müəyyən edilmiş və yerləşdirilmiş mikrofonlarla təchiz olunub. Sistem ətraf mühiti dinləyir və bazardakı xarici analoqları ilə müqayisədə daha uzun məsafələrdə PUA-ları aşkar edir.

ASELSAN şirkətinin baş direktoru Ahmet Akyol SAHA EXPO-da təqdim edilən yeni antidron sistemləri ilə bağlı fikirlərini bölüşüb.

“ASELSAN olaraq biz müasir dünyada dəyişən şərtləri və döyüş meydanında artan təhlükələri yaxından izləyir və yüksək uyğunlaşma qabiliyyətinə malik qabaqcıl sistemlər inkişaf etdiririk. Əməliyyatlarda dronlardan istifadənin getdikcə artdığının şahidi oluruq və inanırıq ki, yeni imkanlar əlavə etməklə dron əleyhinə sistemlərimiz PUA təhlükələrinin aradan qaldırılmasında istifadəçilərinə üstünlüklər təqdim edəcək. Strateji məqsədlərimizə uyğun olaraq, biz uzun illər ərzində oyun dəyişdirən texnologiyaların dizaynını və inkişafını əzmlə davam etdirəcəyik”, – deyə ASELSAN-ın baş direktoru bildirib.

CATEGORIES
TAGS