Cəbhədə daha iki erməni hərbçisi öldürülüb – YENİLƏNİB
Cəbhədə daha bir erməni hərbçisi məhv edilib.
“AzeriDefence”nin bildiriyinə görə, bu barədə erməni mediası məlumat yayıb.
Məlumata görə, bu gecə baş vermiş atışmada Ermənistan Ordusunun hərbi qulluqçusu, 1991-ci il təvəllüdlü Aşot Zöhrabyan öldürülüb.
Erməni saytları Qarabağ cəbhəsində baş verən atışmada 1991-ci il təvəllüdlü Aşot Çobanyan adlı əsgərin də öldürülməsi xəbərini yayıblar.
Qeyd edək ki, ötən gün baş verən atışmalarda Ermənistan Ordusunun daha 2 erməni hərbçisi öldürülüb, 4 hərbçisi isə yaralanıb.


