Türkiyə müdafiə sənayesinin yanvar ayı üzrə ixrac nəticələri elan edilib

Türkiyə müdafiə sənayesinin yanvar ayı üzrə ixrac nəticələri elan edilib

Türkiyə İxrcatçılar Məclisi (TİM) müdafiə və aviasiya sənayesi sektorunun 2026-ci ilin yanvar ayında ixrac etdiyi məhsulların dəyərini açıqlayıb.

“Poliqon” TİM-ə istinadən xəbər verir ki, Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri cari ilin yanvarında 555.3 ABŞ dolları dəyərində məhsul ixrac edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə (385 milyon ABŞ dolları) 2026-ci ilin yanvar ayında ixrac olunan məhsulların dəyəri artıb.

Xatırladaq ki, 2025-ci il ərzində Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru tərəfindən ümumilikdə 10.5 milyard ABŞ dolları dəyərində məhsul ixrac edilib.

CATEGORIES
TAGS