Azərbaycan və Serbiya arasında ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb

Azərbaycan və Serbiya arasında ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb

Azərbaycan və Serbiya Müdafiə nazirlikləri nümayəndələrinin iştirakı ilə “İkitərəfli hərbi əməkdaşlıq danışıqları” keçirilib.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə tərəflər arasındakı hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, eləcə də qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. 2025-ci il üçün hərbi əməkdaşlıq planında nəzərdə tutulmuş fəaliyyətlərin implementasiyasından məmnunluq ifadə edilib.

Sonda “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Serbiya Respublikasının Müdafiə Nazirliyi arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq Planı” imzalanıb.

dfdb4d8d29f30ab43a057854c6459e42

CATEGORIES