
“Makine ve Kimya Endüstrisi” Türkiyə Silahlı Qüvvələrinə yeni hərbi məhsulları təhvil verib
“Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti başda Türkiyə Silahlı Qüvvələri olmaqla, beynəlxalq tərəfdaşlarını yüksək keyfiyyətli və effektiv müdafiə məhsulları ilə təmin edərək sektorun və ölkənin müdafiə sənayesinə töhfə verməyə davam edir.
MKE-dən “Poliqon”a verilən məlumata görə, son bir həftə ərzində şirkət tərəfindən yerli müştərilərə müxtəlif sayda və kalibrlərdə hərbi məhsulların çatdırılması həyata keçirilib.
Belə ki, Türkiyə Quru Qoşunları Komandanlığına 155 mm-lik uzun mənzilli sursat, 5.56 mm-lik və 20 mm-lik patronlar, Hərbi Hava Qüvvələri Komandanlığına MK82 və MK84 aviasiya bombaları, FNSS şirkətinə isə PMT-76 pulemyotları təhvil verilib.







