Ceyhun Bayramov: İrandan Azərbaycan ərazisinə edimiş hücum regionda gərginliyin artmasına xidmət edir

Ceyhun Bayramov: İrandan Azərbaycan ərazisinə edimiş hücum regionda gərginliyin artmasına xidmət edir

5 mart tarixində Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, telefon danışığı zamanı, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə İran ərazisindən dron hücumlarının narahatlıq doğurduğu bildirilib.

Nazir Ceyhun Bayramov qarşı tərəfə dron hücumları barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş bu hücum beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasıdır və regionda gərginliyin artmasına xidmət edir.

Azərbaycan tərəfinin baş verən hücum ilə bağlı İran tərəfindən qısa müddət ərzində aydınlıq gətirilməsinin, izahat verilməsinin və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərin görülməsinin tələb olunduğu diqqətə çatdırılıb.

CATEGORIES
TAGS