Azərbaycan və Türkiyənin XİN başçıları arasında telefon danışığı olub

Azərbaycan və Türkiyənin XİN başçıları arasında telefon danışığı olub

5 mart tarixində Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın xarici işlər nazirinə zəng vurub.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, telefon danışığı zamanı, İran tərəfindən dünən Türkiyə istiqamətində raket hücumu, bu gün isə Azərbaycana edilən dron hücumu ilə bağlı qəti etiraz bildirilib.

Bu kimi hücumların qəbuledilməz olduğu diqqətə çatdırılıb.

Bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu və regionda gərginliyin artmasına xidmət etdiyi vurğulanıb.

Naxçıvana olan təyyarə reyslərinin təhlükəsizliyin təmin edilməsi məqsədilə, uçuşların müvəqqəti olaraq İğdır hava limanına təşkil olunacağı telefon danışığında qeyd olunub.

Telefon danışığı zamanı, nazirlər iki ölkə arasında strateji müttəfiqlikdən irəli gələn əlaqələndirmə işlərinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

CATEGORIES