
Azərbaycan və Gürcüstanın müdafiə nazirləri regiondakı cari vəziyyətlə bağlı fikir mübadiləsi aparıb
Martın 5-də Gürcüstanın müdafiə naziri İrakli Çikovaninin təşəbbüsü ilə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla telefon danışığı olub.
Bu barədə “Poliqon”a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tərəflər, ölkələrimiz arasında əlaqələr, regiondakı cari vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı, həmçinin ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.


