
“Kalaşnikov” 9M333 raketlərinin ilk partiyasını Rusiya Silahlı Qüvvələrinə təhvil verib
“Kalaşnikov” konserni 2026-cı ilin dövlət müdafiə sifarişi çərçivəsində 9M333 zenit idarəolunan raketlərinin (ZİR) ilk partiyasını Rusiya Silahlı Qüvvələrinə təhvil verib.
“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, bu raketlər xüsusi hərbi əməliyyat zonasında geniş tətbiq edilən “Strela-10” hava hücumundan müdafiə (HHM) sistemi və onun müxtəlif modifikasiyaları tərəfindən istifadə olunur.
9M333, pilotsuz uçuş aparatları və qanadlı raketlər də daxil olmaqla, günün və ya gecənin istənilən vaxtında müxtəlif hava hədəflərini vurmaq üçün nəzərdə tutulub. Raketin özütuşlama başlığı üç iş rejiminə malikdir: fotokontrast, infraqırmızı, maneələrə qarşı.
Xatırladaq ki, “Kalaşnikov” konserni 9M333 raketinin seriyalı istehsalına 2020-ci ildən başlayıb. Bu zenit idarəolunan raket xüsusi hərbi əməliyyat zamanı özünü yaxşı tərəfdən göstərib. Bunu 2026-cı il üçün dövlət sifarişlərinin artması da təsdiqləyir.



