
POLİQON müdafiə və aerokosmik texnologiyalar jurnalının 1 (81) 2026 sayı
POLİQON müdafiə və aerokosmik texnologiyalar jurnalının yanvar-fevral 2026-ci il tarixli 1-ci (81) sayının yayımı başlanıb.
Dəyərli oxucularımız POLİQON jurnalının budəfəki səhifələrində Azərbaycan, region və dünya hərbi sənayesinin yeniliklərində xəbərdar olacaqlar.
POLİQON-un yeni sayında “Aselsan Bakü” şirkətinin baş direktoru Özgür Kürüm ilə müsahibə, DIMDEX-2026 və WDS-2026 sərgilərində nümayiş etdirilən yeni məhsullarla bağlı məlumatlar, “Suüstü insansız dəniz aparatlarının qlobal silah bazarındakı rolu”, “PUA texnologiyalarının əsas komponentləri: sistemlər və faydalı yüklər”, “Prezident İlham liyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında olub”, “SIPRI: Qlobal silah tədarükü artıb, Avropa ən böyük idxalçıya çevrilib”, “Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti Türkiyədə rəsmi səfərdə olub”, “Dövlət sərhədlərinin mühafizəsi üzrə qarşıya qoyulmuş tapşırıqlar yüksək səviyyədə icra olunur”, “MİRAS Özbəkistanda müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə edib”, “TURAN 100-BR-OM: Taktiki rabitədə inteqrə və təhlükəsiz infrastruktur yanaşması”, ““MKE Tolga” ixracına dair strateji imzalar atıldı” və digər başlıqlı yazılar yer alıb.
Jurnalımıza “Azərpoçt Mətbuat Yayımı” MMC, “Azərmətbuatyayım” ASC, “Səma Mətbuat Yayım” MMC, “Ziya LTD” MMC, “BAKMƏTBUAT” MMC, “Pressinform”, “Qaya Mətbuat Yayım” MMC və “Kaspi Mətbuat Yayım” MMC mətbuat yayım şirkətləri vasitəsi ilə, yaxud redaksiyanın özü ilə birbaşa müqavilə bağlamaqla abunə ola bilərsiniz.


