İran hərbi sənayesi ADEX-2020 sərgisində iştirak edəcək

İran hərbi sənayesi ADEX-2020 sərgisində iştirak edəcək

İran İslam Respublikasının müdafiə sənayesində fəaliyyət göstərən 5 təşkilat Bakıda ADEX-2020 beynəlxalq müdafiə sərgisində iştirak edəcək.

“AzeriDefence”nin məlumatına görə, sərgidə İran Müdafiə Naziirliyinin İxrac Mərkəzi, Aviasiya Sənayesi Təşkilatı, İran Elektronika Sənayesi, Dəniz Sənayesi Təşkilatı və Milli Coğrafiya Təşkilatı təmsil olunacaq.

Qeyd edək ki, İran müdafiə sənayesi 2018-ci ildə ilk dəfə ADEX sərgisinə qatılıb.

ADEX-2020 dördüncü beynəlxalq müdafiə sərgisi 8-10 sentyabr 2020-ci il tarixlərində Bakı Expo Mərkəzində keçiriləcək.

CATEGORIES
TAGS