Azərbaycandan “Şimşək” istəyi

Azərbaycandan “Şimşək” istəyi

“Türk Havacılık ve Uzay Sanayii A.Ş” (TUSAŞ) şirkəti Azərbaycan və Qazaxıstanda “Şimşək” hədəf dronların tanıtım fəaliyyətlərini davam etdirir. Bu çərçivədə “Şimşək” hədəf dronun Azərbaycanda sınaqları keçirilib.

TUSAŞ şirkətindən “Azeri Defence” jurnalına verilən məlumata görə, Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən hava hücumundan müdafiə sistemlərinin effektivliyini yoxlamaq məqsədi ilə keçirilən atış sınaqlarında istifadə üçün “Şimşək” hədəf dronları seçilib. TUSAŞ və Azərbaycan Hərbi Hava Qüvvələri arasında aparılan müzakirələrdən sonra, 2019-cu ilin sonlarında Azərbaycana gətirilmiş “Şimşək” Bakı yaxınlığındakı atış poliqonunda 3 gün ərzində ikisi atışlı olmaqla, ümumilikdə 6 uçuş edib.

“Anka”ların qanadlarına “Şimşək” inteqrasiyası

Reaktiv mühərrikli “Şimşək” hədəf dron sisteminin üzərində davamlı şəkildə təkmilləşdirmələrə və yeni konsept çalışmalarına davam edən TUSAŞ şirkəti bu yaxınlarda “Anka” pilotsuz uçuş aparatlarına “Şimşək” hədəf təyyarəsinin inteqrasiyasını həyata keçirib. Hər bir qanadının altına bir ədəd “Şimşək” hədəf dronunu inteqrasiya edilmiş “Anka” pilotsuz uçuş aparatına bununla havadan hədəf dronlarını buraxmaq qabiliyyəti qazandırılıb. anka 1

Əlli min saatdan çox uçuş təcrübəsinə sahib və müxtəlif əməliyyatlarda özünü subuta yetirmiş “Anka” PUA-na hədəf dronu inteqrasiya etməklə TUSAŞ pilotsuz uçuş aparatları sənayesində daha bir ilkə imza atmağı bacarıb.

Tək yerüstü platformalardan mancanaqdan deyil, eyni zamanda gəmi platformalarından da havaya atıla bilən “Şimşək” hədəf dronu tapşırığı tamamlayandan sonra, paraşütdən istifadə edərək enir. Dronun füzelyajı müasir kompozit texnologiyalardan istehsal edilib və yüksək davamlığa sahibdir.

“Şimşək” hədəf dronun əsas texniki göstəriciləri aşağıdakılardır:

  • Qanad açıqlığı – 1.5 m
  • Uzunluq – 2.3 m
  • Maksimum sürət – 350+ kts
  • Uçuş uzaqlığı – 90 km
  • Uçuş müddəti – 45+ dəq
  • Maksimum uçuş tavanı – 15000 ft
  • Minimum uçuş tavanı – 50 ft

Faydalı yükləri

  • Aktiv radar izi gücləndiricisi;
  • Passiv radar izi gücləndiricisi;
  • IR izi gücləndirici;
  • Uçuş proseslərini qeydə alma sistemi;
  • AIS- avtomatik identifikasiya sistemi.

Kompleksə daxildir

  • Hədəf dron
  • Yer idarəetmə stansiyası
  • Katapult
  • Yer dəstək avadanlıqları

 

CATEGORIES
TAGS