BMC “Vuran” zirehli maşının növbəti partiyasını sifarişçiyə çatdırıb

BMC “Vuran” zirehli maşının növbəti partiyasını sifarişçiyə çatdırıb

Türkiyənin BMC şirkəti tərəfindən istehsal edilən “Vuran” adlı zirehli maşının növbəti partiyası Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.

Azeri Defence aytının məlumatına görə, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin (SSB)  sədri İsmail Dəmir özünün sosial media hesabında bidirib.

“Vuran” minaya qarşı qorumalı nəqliyyat vasitəsi 4×4 təkər formuluna malikdir. Yüksək manevr imkanlarına sahib olan zirehli maşın güclü mühərriklə təchiz edilib. Çoxməqsədli nəqliyyat vasitəsi müxəlif əməliyyatların icrasına imkan verir.

Maksimum sürəti 110 km/saat təşkil edən “Vuran” 9 nəfər heyəti daşımaq qabiliyyətindədir. Zirehli maşın məsafədən idarə olunan silah sistemi ilə silahlandırılıb.

 

CATEGORIES
TAGS