“Qış təlimi-2021”də ƏÜO-nun hərbçiləri antiterror əməliyyatları icra edib – VİDEO

“Qış təlimi-2021”də ƏÜO-nun hərbçiləri antiterror əməliyyatları icra edib – VİDEO

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçuları qardaş Türkiyədə keçirilən “Qış təlimi-2021”də praktiki fəaliyyətləri icra edirlər.

Bu Barədə “Poliqon” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Qış təlimində iştirak edən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları antiterror əməliyyatları zamanı binalarda yaxın məsafədə döyüş elementlərini yerinə yetirirlər.

Hava desantı qruplarımız paraşütlərlə təyin olunmuş təlim rayonuna endirilir.

Çətin qış şərtlərində zirehli texnikaların ekipajları döyüş əməliyyatları zamanı tankların və piyadaların döyüş maşınlarının tətbiqi ilə müxtəlif manevrlər və atışlar həyata keçirirlər. Hücum və yerdəyişmə edən qoşunlarımızın maneəsiz hərəkəti mühəndis bölmələri tərəfindən təmin edilir.

CATEGORIES
TAGS