Türkiyə və Qazaxıstan şirkətləri arasında memorandum imzalanıb
Türkiyənin ASFAT şirkəti ilə Qazaxıstanın “Kazakhstan Engineering” şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb.
“Poliqon” xəbər verir ki, bu barədə ASFAT şirkəti məlumat yayıb.
İmzalanan memoranduma əsasən Türkiyə və Qazaxıstan şirkətləri arasında müdafiə sənayesi layihələrinə dair iş birliyinin inkişaf etdirilməsi planlaşdırılır.
CATEGORIES Xəbərlər