BMC “Vuran” zirehli maşınlarını təhlükəsizlik qüvvələrinə çatdırıb

BMC “Vuran” zirehli maşınlarını təhlükəsizlik qüvvələrinə çatdırıb

Türkiyənin BMC şirkəti tərəfindən istehsal edilən “Vuran” zirehli maşınları təhlükəsizlik qüvvələrinə təhvil verilib.

“Poliqon” verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Başqanlığının (SSB) mətbuat xidməti məlumat yayıb.

“Taktik Təkərli Zirehli Nəqliyyat Vasitələri (TTZA) layihəsi çərçivəsində təhlükəsizlik qüvvələrimizə “Vuran” tədarükünə davam edirik”, – deyə başqanlıq qeyd edib.

“Vuran” minaya qarşı qorumalı nəqliyyat vasitəsi 4×4 təkər formuluna malikdir. Yüksək manevr imkanlarına sahib olan zirehli maşın güclü mühərriklə təchiz edilib. Çoxməqsədli nəqliyyat vasitəsi müxəlif əməliyyatların icrasına imkan verir.

Maksimum sürəti 110 km/saat təşkil edən “Vuran” 9 nəfər heyəti daşımaq qabiliyyətindədir. Zirehli maşın məsafədən idarə olunan silah sistemi ilə silahlandırılıb.

Poliqon.az

CATEGORIES
TAGS