Ukrayna KM-12.7 pulemyotun piyada versiyasının sınaqlarına başlayır

Ukrayna KM-12.7 pulemyotun piyada versiyasının sınaqlarına başlayır

“Ukroboronprom” Dövlət Konserninin tərkibinə daxil olan və Kiyev şəhərində yerləşən “Mayak zavodu” Açıq Səhmdar Cəmiyyəti dünyaca məşhur 12,7×108 mm çaplı NSV-12,7 dəzgahlı pulemyotunun dəzgah üzərindəki KT-12.7 daşınan piyada variantlı analoqunu yaradıb.

“Poliqon” xəbər verir ki, “Mayak zavodu”nun mətbuat xidmətindən verilən məlumata görə, müəssisədə bütün “Sovet” çaplı pulemyot xəttinin istehsalının mənimsənilməsi isə davam etdirilir.

Bir neçə aydan sonra, yəni cari ilin yay aylarında müəssisənin silah mütəxəssisləri poliqon şəraitində yeni silah nümunəsinin praktiki döyüş işini sınaqdan keçirməyə başlayacaqlar.

175683228 302538914704727 1066503421089379559 n

7,62x54R mm-lik KT-7,62 tank pulemyotları

“KM-12.7 pulemyotunun döyüş xasusiyyətləri rəqiblərin və Qərb analoqlarının imkanlarını əhəmiyyətli dərəcədə üstələyəcək”, deyə müəssisədən bildirilib.

Xatırladaq ki, “Mayak zavodu” ASC bir müddətdir ki, Ukrayna Silahlı Qüvvələrinə keçən il təhvil verilən 45 ədəd BTR-4E yeni zirehli transportyorlarda quraşdırılmış 7,62x54R mm çaplı PKT Kalaşnikovun tank pulemyotunun analoqu olan KT-7.62 tank pulemyotlarını istehsal edir.

“Mayak zavodu”nun baş konstruktoru Oleksandr Qordeyev öz növbəsində, bu ilin yanvar ayında KT-12.7 tank pulemyotunun (Sovet iri çaplı NSVT/NSV-12,7 “Utyos” pulemyotunun Ukraynada yaradılmış versiyası) sınaqlarına başlandığını elan edib. Onun sözlərinə görə, pulemyotun iki prototipi bu ilin fevral ayında zavodda atəş sınaqlarına başlamalı idi.

175833876 302535674705051 99577252221577153 n

12,7×108 mm-lik NSVT pulemyotunun tank versiyası T-72 tankı üzərində və 12,7 mm-lik NSV “Utyos” pulemyotunun piyada versiyası üçayaq-dəzgah üzərində və SPP-1 optik nişangahı ilə

Sovet modelindən fərqli olaraq “Mayak zavodu”nun istehsal etdiyi model ABŞ-ın “Bartlein Barrels Inc” və Böyük Britaniyanın “ARS Balistika” şirkətləri ilə ilə əməkdaşlıq nəticəsində müasir Qərb standartlarına uyğun olaraq yaradılıb.

Əlavə etmək lazımdır ki, Kiyev silah mütəxəssisləri həm də iriçaplı 14,5×114 mm-lik pulemyotun (Sovet istehsalı KPV/KPVT Vladimirovun iriçaplı tank pulemyotunun analoqu) öz versiyasını yaratmaq üzərində işləyirlər. Bu layihələrin tamamlanması və istismara verilməsi ilə “Mayak zavodu” faktiki olaraq Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə olunan bütün çaplı pulemyotların istehsalının tam dövrünü mənimsəmiş olacaqdır.

Pulemyotların markasının açıqlaması isə aşağıdakı kimidir:

– KT-12,7 – 12,7 mm-lik tank pulemyotu (kulemyot tankoviy);

– KT-7,62 – 7,62 mm-lik tank pulemyotu (kulemyot tankoviy);

– KM-12,7 – 12,7 mm-lik təkmilləşdirilmiş pulemyot (kulemyot modernizovaniy)

175671709 302538778038074 895550372689431793 n

12,7×108 mm-lik KT-12,7 pulemyotunun sınaq nümunəsi

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS