Ukrayna ordusu BMP-2 PDM-lərin növbəti partiyasını təhvil alıb
Ukraynanın “Jitomir Zirehli Tank Zavodu” dövlət müəssisəsi tərəfindən əsaslı təmir edilmiş və təkmilləşdirilmiş növbəti BMP-2 piyada döyüş maşınları (PDM) Silahlı Qüvvələrə təhvil verilib.
Bu barədə “Poliqon”a “Ukroboronprom” Dövlət Konserninin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, cari ildə “Jitomir Zirehli Tank Zavodu”nun Ukrayna Silahlı Qüvvələrinə təhvil verilən ikinci BMP-2 partiyasıdır. Bundan əvvəl 5 ədəd BMP-2 PDM təmir edilərək orudunun istifadəsinə verilib.
2020-ci ildə isə dövlət müdafiə sifarişi çərçivəsində əsaslı təmir edilmiş və təkmilləşdirilmiş 10-dan çox BMP-2 piyada döyüş maşını Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib. BMP-2 PDM-ləri müasir naviqasiya və optik sistemlər ilə təchiz olunub.
CATEGORIES Xəbərlər