ROKETSAN T-107 YARS-ı “Vuran”a inteqrasiya edib

ROKETSAN T-107 YARS-ı “Vuran”a inteqrasiya edib

Türkiyənin BMC şirkətinin istehsal etdiyi “Vuran” zirehli maşının üzərinə quraşdırılan ROKETSAN şirkətinin T-107 yaylım atəş reaktiv sisteminin (YARS) atış sınaqları keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünün “Twitter” hesabında bildirib.

“Vuran” minaya qarşı qorumalı nəqliyyat vasitəsi 4×4 təkər formuluna malikdir. Yüksək manevr imkanlarına sahib olan zirehli maşın güclü mühərriklə təchiz edilib. Çoxməqsədli nəqliyyat vasitəsi müxəlif əməliyyatların icrasına imkan verir.

Minimum 3, maksimum mənzili 11 km-dən artıq olan TR-107 raketinin ümumi çəkisi 20 kq, döyüş başlığının ağırlığı isə 8.4 kiloqramdır. Sistem 3×4 olmaqla cəmi 12 buraxıcı qurğudan ibarətdir ki, bu da istifadəçiyə bir dəfəyə 12 ədəd raket atmağa imkan verir.

Poliqon.az

CATEGORIES
TAGS