
Polşa Ordusu “Bayraktar TB2” PUA alır
Polşa, ümumilikdə 24 pilotsuz uçuş aparatını (PUA) əhatə edən dörd “Bayraktar TB2” kəşfiyyat və zərbə kompleksinin tədarükü üçün bir müqavilə imzalayıb. Bu, Polşa Müdafiə Nazirliyinin üç ildən çoxdur davam etdirdyi “Gryf” proqramının məntiqi finalıdır.
“Poliqon” xəbər verir ki, Polşa Milli Müdafiə Nazirliyi özünün rəsmi “Twitter” hesabında bildirib ki, “Bayraktar TB2” PUA-ların tədarükü 2022-ci ildə başlamalıdır.
Paylaşılan məlumatda “4 dəstin, yəni tank əleyhinə raketlərlə silahlanmış 24 təyyarənin alınması üçün müqavilə bağladıq. İlk dəst “Bayraktar TB2″ PUA Polşa ordusuna yalnız bir il ərzində satışa təqdim olunacaq”, deyə bildirilir.
Beləliklə, bir neçə illik səylər və danışıqlar nəticəsində Polşa “Bayraktar TB2” kompleksinin altıncı istifadəçisi olacaqdır. Buna qədər PUA Türkiyə, Azərbaycan, Ukrayna, Qətər və Liviya silahlı qüvvələrində istismar edilir.
“Bayraktar TB2” PUA tədarükünün Polşa ilə Türkiyə arasında müdafiə sahəsində əməkdaşlığı genişləndirmək üçün bir təşviqat kampaniyası olacağını da düşünmək olar.
Xüsusilə, Türkiyə şirkətlərinin Polşa ordusunun helikopter parkını yeniləmək üçün “Kruk” proqramında iştirak etmək istəməsi də yaxın perspektivdədir.
Əhəd Əzizov


