Türkiyə və Polşa “Bayraktar TB2” PUA-nın tədarükünə dair müqavilə bağladı

Türkiyə və Polşa “Bayraktar TB2” PUA-nın tədarükünə dair müqavilə bağladı

Türkiyənin “Baykar” şirkəti ilə Polşanın Milli Müdafiə Nazirliyi arasında “Bayraktar TB2” PUA-nın tədarük edilməsi ilə bağlı müqavilə imzalanıb.

“Poliqon” xəbər verir ki, bu barədə “Baykar” şirkəti məlumat yayıb.

Məlumata əsasən, müqaviləni Türkiyənin “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar və Polşanın Milli Müdafiə naziri Mariuş Blaşak, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Polşanın Prezidenti Andjej Sebastyan Dudanın iştirakı ilə imzalayıblar. Tədbir İstanbuldakı Prezident Kompleksində baş tutub.

Bununla da Türkiyə ilk dəfə NATO və Avropa Birliyinə (AB) üzv olan ölkəyə PUA ixrac edəcək.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS