Azərbaycanın zəfərində mühüm rol oynayan MAM Avropa və NOTO ölkələrinin diqqətini çəkib

Azərbaycanın zəfərində mühüm rol oynayan MAM Avropa və NOTO ölkələrinin diqqətini çəkib

Qabiliyyət və performansını döyüş meydanında dəfələrlə sübut etmiş ROKETSAN-ın MAM (Mini Ağıllı Sursat) ailəsi, Türkiyə Silahlı Qüvvələri və Azərbaycan Silahlı Qüvvələri başda olmaqla bir çox ordunun inventarının zərbə gücü olmağa davam edir.

ROKETSAN şirkətindən “Poliqon”a verilən məlumata görə, MAM ailəsinin yeni üzvü MAM-T sursatı yaxın zamanlarda Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına veriləcək.

MAM L

MAM-L

Məlumatda bildirilib ki, MAM-L və MAM-C aviasiya sursatlarının təcrübələrindən irəliləyərək daha yüksək döyüş başlığı effektivliyi və daha uzun mənzil ehtiyacını qarşılamaq məqsədilə inkişaf etdirilən MAM-T-nin bir çox ölkə ordularının arsenalına girməsi gözlənilir.

MAM-L və MAM-C saursatları rəqibləri ilə müqayisədə daha uzun mənzilə sahib olmaları və pilotsuz uçuş aparatından (PUA) hədəf aşkarlandığı halda “angaje” ola bilmələri ilə diqqət çəkir.

Türkiyə Silahlı Qüvvələri başda olmaqla, Jandarma Baş Komandanlığı və Əmniyyət Baş İdarəsi inventarında yer alan PUA-lara inteqrasiya edilən MAM-L 2016-cı ildən, MAM-C isə 2018-ci ildən indiyə qədər, əməliyyatlarda uğurla istifadə olunur. Sabit və hərəkətli hədəflərə qarşı yüksək vuruş dəqiqlikliyinə sahib MAM-L və MAM-C sursatları, istənilən hava şəraitində effektivlik göstərə bilir.

MAM-C 8 kilometrə, MAM-L isə 14 kilometrə qədər mənzil aralığına sahib olmasıyla hədəflərin vurulmasında istifadə edildiyi platformanın aşkarlanma və zərərsizləşdirilmə riskini azaldır.

Azərbaycanın zəfərində kritik rol oynadılar

MAM C e1623351296527

MAM-C

Başda PUA-lar olmaqla, yüngül faydalı yük daşıma tutumu olan hava platformalarının effektivliyini artıran “Mini Ağıllı Sursat” məhsul ailəsi, Afrika, Asiya və Avropada dost və müttəfiq ölkələrin inventarında uğurla istifadə edilir. Arsenalında ROKETSAN-ın bir çox həlli olan Azərbaycanın zəfərində kritik rol oynayan “Mini Ağıllı Sursatlar”, Avropa və NOTO üzvü ölkələrin də diqqətini çəkərək, prioritet seçimləri arasında yerini alır.

MAM-T PUA-lara yeni nəfəs gətirir

ROKETSAN mütəxəssisləri tərəfindən orjinal olaraq inkişaf etdirilən MAM-T sursatının ilk atış testi cari ilin aprel ayının 22-də “Baykar” şirkətinin “Akıncı” taktiki pilotsuz uçuş aparatı tərəfindən icra olundu. “Akıncı” PUA-dan atılan MAM-C, MAM-L və ilk dəfə istifadə edilən MAM-T hədəfləri uğurla vurdu.

Yerli və milli olaraq hazırlanan və ağırlıq/effektivlik optimallaşdırılması edilmiş olan MAM-T, zirehli və zirehsiz maşınlar, binalar və su üstü hədəflərinə qarşı istifadə edilə bilər. MAM-T aviasiya sursatı GPS (“Global Positioning System”) və INS (“Inertial Navigation System”) sistemləri ilə dəstəklənə biləcək dəqiq tuşlama qabiliyyətinə sahibdir.

MAM T

MAM-T

“Blok-1” konfiqurasiyasında hərəkətli və sabit hədəflərə qarşı yüksək dəqiqlik təmin edən sursat, yarı aktiv lazer arayıcı başlıqla təchiz edilib. Fərqli platformalara uyğun formada hazırlanan ailənin yeni üzvü MAM-T; PUA-larda 30 kilometr, yüngül hücum təyyarələrində 60 kilometr və döyüş təyyarələrində 80 kilometrdən uzun mənzil qabiliyyətinə malikdir.

ROKETSAN şirkəti MAM-T sursatının sınaq fəaliyyətlərinin qısa zaman ərzində tamamlanmasının ardından, bu ilin ikinci yarısında Türkiyə Silahlı Qüvvələrinə təhvil verməyi planlaşdırır. Habelə, MAM-T-nin ailənin digər üzvlərində də olduğu kimi əhəmiyyətli ixracat uğurları əldə etməsi hədəflənir.

Elşən Abdulkərimov

Poliqon.az

CATEGORIES
TAGS