“Bayraktar Akıncı” 1360 kq faydalı yük ilə 13 saatdan çox uçuş edib – VİDEO

“Bayraktar Akıncı” 1360 kq faydalı yük ilə 13 saatdan çox uçuş edib – VİDEO

Türkiyənin “Baykar” şirkəti tərəfindən yerli və milli imkanlarla hazırlanmış “Bayraktar Akıncı” hücum pilotsuz uçuş aparatının (PUA) dizayn doğrulama fəaliyyətləri çərçivəsində növbəti sınaqları keçirilib.

“Baykar” şirkətindən “Poliqon”a verilən məlumata görə, Müdafiə Sənayesi Başqanlığı (SSB) və istifadəçi qüvvələrin rəsmi nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş sınaqlar uğurla tamamlanıb.

NEB ilə 13 saat 24 dəqiqə uçduBayraktar AKINCI TIHA 6

Sınaqlar çərçivəsində PUA-nın gövdəsi altına TÜBİTAK SAGE mərkəzi tərəfindən hazırlanmış dəmir-beton sığınacaqları məhv etmək üçün nəzərdə tutulan nüfuz edici bomba (NEB) inteqrasiya edilib. Kütləsi 1360 kiloqram (3000 lb) olan NEB faydalı yükü ilə uçuş edən “Bayraktar Akıncı” 13 saat 24 dəqiqə müddətində havada qalıb.

Havaya qalxma çəkisi 6 tondan çox olan (6,049 kq) “Bayraktar Akıncı” PUA sınaqlar zamanı güclü performans göstərərək 9.144 metr (30.000 fut) yüksəkliyə qalxıb.

Türk aviasiya tarixində yüksəklik rekordunu qırdı

Qeyd edək ki, bundan əvvəl keçirilmiş test zamanı “Bayraktar Akıncı” 25 saat 46 dəqiqə müddət çəkən uçuşunda 38.039 fut (11.594 metr) yüksəkliyə qalxmaqla Türk aviasiya tarixindəki yüksəklik rekordunu qırıb.

874 uçuş etdiBayraktar AKINCI TIHA 7

Bu günə qədər test və təlim uçuşlarında 874 uçuş həyata keçirən “Bayraktar Akıncı”, iyulun 5-də keçirilən atəş sınağında “Roketsan” tərəfindən milli olaraq hazırlanmış MAM-C, MAM-L və MAM-T idarə olunan sursatları ilə hədəfləri yüksək dəqiqliklə vurub.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS