Serbiyada “Qvozdika” şassisində yüngül tank hazırlanıb

Serbiyada “Qvozdika” şassisində yüngül tank hazırlanıb

Serbiyanın “DLS Special System” müdafiə sənayesi şirkəti sovet istehsalı 122 mm çaplı 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusunun (ÖAQ) tırtıllı şassisi əsasında yeni yüngül tank hazırlayıb.

“Poliqon” “Army Recognition” nəşrinə istinadən xəbər verir ki, yeni tank 122 və ya 105 mm toplarla təchiz olunmuş iki versiyada təqdim olunub.

Böyük çaplı əsas silahı olan yeni tank LT-H (“yüngül qüllə-haubitsa”), daha kiçik olanı isə LT-HPLRG-AT (“yüksək güclü aşağı geri təpməli toplu yüngül qüllə”) adlanır.

Qeyd edək ki, 2S1 ”Qvozdika” ÖAQ şassisi öz növbəsində MT-LB yüngül zirehli çoxməqsədli dartıcısı bazasının uzadılmış və bir qədər dəyişdirilmiş modifikasiyasıdır.

LT-HPLRG-AT qülləsində topun sağında doldurma avtomatı və tuşlayıcının nişangahı var. Damda isə 7,62 mm və ya 12,7 mm çaplı pulemyotla təchiz oluna bilən uzaqdan idarə olunan döyüş modulu, qüllənin ön hissəsində isə hər tərəfdə dörd ədəd tüstü qumbaraatanı quraşdırılıb.

Az öncə qeyd edildiyi kimi, tankın yaradılması zamanı “Qvozdika” özüyeriyən haubitsanın tırtıllı şassisindən istifadə edilib. Bu zaman orijinal qüllə çıxarılmış və “DLS Special System” şirkəti tərəfindən hazırlanmış yenisi ilə əvəz olunub.

ah1

105 mm-lik “Light Turret- High Performance Low Recoil Gun”

ah2

122 mm-lik “Light Turret-Howitzer”

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS