Kolumbiya 24 ədəd T-6C “Texan II” təlim-döyüş təyyarəsi alacaq

Kolumbiya 24 ədəd T-6C “Texan II” təlim-döyüş təyyarəsi alacaq

ABŞ-ın “Textron Aviation” şirkətinin istehsalı olan T-6C “Texan II” təlim-döyüş təyyarələrinin Kolumbiya Hərbi Hava Qüvvələrinə (HHQ) tədarükü davam edir.

“Poliqon” xəbər verir ki, bu barədə Kolumbiya HHQ-nin komandanı general Ramses Rueda bildirib.

Onun sözlərinə görə, Kolumbiya 2020-ci ilin oktyabr ayında “Textron Aviation” şirkəti ilə ümumi dəyəri 28.734 milyon ABŞ dolları olan 3 ədəd T-6C “Texan II” təlim-döyüş təyyarəsinin tədarükü üçün müqavilə imzalayıb.

İlk iki təyyarə 2021-ci ilin may ayında Kolumbiya HHQ-yə təhvil verilib. Müqaviləyə əsasən tədarükün 2022-ci ilin aprel ayının sonuna qədər tamamlanması planlaşdırılıb.

Bildirilib ki, Kolumbiya Hərbi Hava Qüvvələri “Textron Aviation” şirkətindən ümumilikdə 24 ədəd T-6C “Texan II” təlim-döyüş təyyarəsi almağı planlaşdırır.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS