DSEI-2021: “Otokar” zirehli maşınlarını nümayiş etdirir

DSEI-2021: “Otokar” zirehli maşınlarını nümayiş etdirir

Türkiyənin “Otokar” şirkəti 14-17 sentyabr tarixlərində İngiltərənin paytaxtı Londonda keçirilən DSEI-2021 Beynəlxalq Müdafiə sərgisində özünün zirehli maşınlarını nümayiş etdirir.

“Otokar” şirkətindən “Poliqon”a verilən məlumata görə, 4 gün davam edəcək DSEI-2021 sərgisində “Mızrak” qülləsi ilə təchiz olunmuş tırtıllı “Tulpar” piyadanın döyüş maşını (PDM) və “Cobra-II” zirehli maşın ailəsinin minaya qarşı qorumalı nəqliyyat vasitəsi (MRAP) sərgilənir.

“Otokar” şirkətinin baş direktor Sərdar Görgüç bildirib ki, “Otokar” qlobal müdafiə sənayesinin ön sıralarda yer alır: “Son 10 ildə gəlirimizin 8%-ni “Ar-Ge” (araşdırma və inkişaf) və sınaq fəaliyyətlərimiz üçün ayırmışdıq. Quru sistemlərində mövcud və gələcək tələbləri nəzərə alaraq yenilikçi həlləri müasir ordu və təhlükəsizlik qüvvələrinə təqdim etməyə davam edirik. Müştərilərimizin fərqli ehtiyaclarını və gözləntilərini təhlil edirik. Quru sistemləri üçün bu tələbləri simulyasiya edir və bunlara cavab verən həllər hazırlayırıq. “Ar-Ge”, mühəndislik və sınaqlardakı mükəmməlliyimiz sayəsində tələbləri ən sürətli şəkildə yerinə yetiririk”.

“NATO və Birləşmiş Millətlər Təşkilatının təchizatçısı olaraq “Otokar”ın quru sistemlərində təxminən 33 min hərbi maşını 35-dən çox fərqli coğrafiyalarda, çətin iqlim şərtlərində istifadə olunur. “Otakar”ın həm yerli imkanlar hasabına istehsal etdiyi müxtəlif zirehli maşınları, həm də texnologiya transferi imkanlarımızı DSEI-2021 sərgisində potensial müştərilərə təqdim edirik”, – deyə baş direktor Sərdar Görgüç vurğulayıb.

“Tulpar” sınaqlarda uğur qazanıb

tulparSərdar Görgüc bildirib ki, “Otokar”ın “Ar-Ge” Mərkəzi tərəfindən “Tulpar” piyada döyüş maşını son illərdə müxtəlif sınaqlardan keçirilib və sertifikatlaşdırılıb: “Sınaqlar zamanı fərqli coğrafi iqlim şəraitində əldə edilmiş nəticələrə əsasən, “Tulpar”ın müasir orduların mövcud və gələcək tələblərini qarşılaya biləcək zirehli maşın olduğuna inanırıq”.

“Tulpar” mobillik, yüksək atəş gücü və dözümlülük xüsusiyyətləri ilə seçilir. “Tulpar”ın zirehi mina və ballistik təhdidlərə qarşı etibarlı mühafizə təmin edir. Döyüş maşınının maksimal kütləsi komplektləşmədən asılı olaraq 28.000 kq – 45.000 kq arasında dəyişir. Ən çətin iqlim və ərazi şərtlərində sınaqdan keçirilmiş “Tulpar” yüksək atəş və məhvetmə tələb edən missiyalarda təsirli bir həll təmin etməklə yanaşı hər cür döyüş mühitində xidmət edə bilir. Habelə, döyüş tanklarının daxil ola bilmədiyi, çətin keçilən və meşəlik ərazilərdə əməliyyatlar aparmaq imkanına malikdir.

“Mızrak” döyüş qülləsi

“Tulpar” PDM-in üzərinə inteqrasiya olunmuş “Mızrak” döyüş qülləsi uzaqdan idarə olunur. Standart qüllədə 30 mm-lik avtomatik topla komplektləşdirilmiş 7,62 mm-lik pulemyot quraşdırılıb. Habelə, qüllə stabilləşdirilmiş rəqəmsal atış idarəetmə sistemi, yüksək performanslı termal və gündüz kamera ilə dəstləşdirilib.

Çətin əməliyyatlar üçün hazırlanmış “Cobra II” MRAP

COBRA II“Otokar” mühəndisləri tərəfindən yeni hazırlanmış “Cobra II” MRAP yüksək riskli ərazilərdə ekipaj üzvlərini ballistik təhtidrlərdən qorunmasını təmin edir və üstün manevr qabiliyyəti var. Həmçinin, mina və əldəqayırma partlayıcı qurğulara (ƏPQ) qarşı yüksək mühafizə təmin edir.

“Cobra II” zirehli maşın ailəsi yüksək qoruma və daşıma səviyyəsi və geniş daxili həcmi ilə seçilir. Silah sistemləri və əməliyyat avadanlıqlarının inteqrasiya olunması ilə döyüş maşını müxtəlif konfiqurasiyalarda hazırlana bilər. “Cobra II” müxtəlif konfiqurasiyalarda 11 nəfərə qədər heyət daşıya bilir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS