ABŞ-da “PrSM” raketli ƏTRK-nin seriyalı istehsalına başlanılır

ABŞ-da “PrSM” raketli ƏTRK-nin seriyalı istehsalına başlanılır

ABŞ-ın “PrSM” raketli əməliyyat-taktiki raket sistemi (ƏTRK) 500 km və daha da artıq məsafəni vura biləcək.

“Poliqon” xəbər verir ki, “Lockheed Martin” şirkəti “Precision Strike Missile” (“PrSM”) proqramı çərçivəsində yeni bir müqavilə imzalayıb.

Mühəndislik və istehsalın inkişaf mərhələsi (EMD, engineering and manufacturing development) üçün müqavilə tam miqyaslı istehsala keçməzdən öncə final hesab olunur. “Lockheed Martin” şirkəti 2022-ci maliyyə ili üçün “PrSM” proqramı çərçivəsində hazırlanmalı yüzdən çox raketin istehsalına imkan verən 62 milyon ABŞ dolları alıb.

Raketlər ABŞ Ordusunun silahlanmasında yer alan 300 km uçuş mənzilli MGM-140 ATACMS (Army Tactical Missile System) sistemini əvəz edəcək. Eyni zamanda, ABŞ Müdafiə Nazirliyi “Lockheed Martin” şirkətinə yeni raketləri təkmilləşdirməyi sifariş etmək niyyətindədir. Yaxın illərdə “PrSM” raketlərinin 1000 km-ə qədər məsafələrdə yerləşən hədəflərə çata biləcəyi və eyni zamanda suüstü hədəfləri vurmasına imkan verən tuşlama başlığı alacağı planlaşdırılır.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS