Bir qrup tələbə ƏÜO-nun hərbi hissəsinə səfər edib – FOTO

Bir qrup tələbə ƏÜO-nun hərbi hissəsinə səfər edib – FOTO

Tələbə-gənclərdən ibarət bir qrup heyət Naxçıvan Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi hissələrindən birində əsgər və zabitlərlə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, gənclər silahlanmada mövcud olan silah və texnikalar, o cümlədən zirehli döyüş maşınları, avtomobil texnikaları, top və minaatanlar, hava hücumundan müdafiə və tank əleyhinə vasitələr, snayper tüfəngləri və müxtəlif atıcı silahlarla tanış olub.

Şəxsi heyətin sosial-məişət şəraiti, əsgər yataqxanası və yeməkxanası, eləcə də Təlim-Tədris Mərkəzi ilə tanış olan tələbə-gənclərə ətraflı məlumat verilib.

əuo2

əuo3

əuo4

Poliqon.az

CATEGORIES
TAGS