Mədət Quliyev “Dubai Airshow-2021” sərgisində iştirak edib

Mədət Quliyev “Dubai Airshow-2021” sərgisində iştirak edib

14-18 noyabr 2021-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Dubai Airshow-2021” 17-ci aviasiya sərgisinin açılış mərasimində Azərbaycan Müdafiə sənayesi naziri Mədət Quliyev də iştirak edib.

Bu barədə “Poliqon”a Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbir çərçivəsində Mədət Quliyevin “İnternational Golden Group” şirkətinin icraçı direktoru Fadel Saif Əl Kaabi ilə görüşü baş tutub.

Görüş zamanı hər iki ölkə arasında hərbi-texniki sahədə mövcud əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.

Qeyd edək ki, iki ildən bir təşkil olunan “Dubai Airshow” sərgisində dünyanın 100-dən çox ölkəsindən naviqasiya aparatları, müşahidə və kommunikasiya sistemləri, süni intellekt avadanlıqları, PUA və təyyarələr, kosmik peyk və s. istehsalçısı olan 1000-ə yaxın şirkət iştirak edir.

Sərgi1

sərgi2

Poliqon.az

CATEGORIES
TAGS