Ukrayna “Bayraktar TB2” PUA və “Javelin” TƏİRK-in yeni əməliyyat taktikasını hazırlayıb

Ukrayna “Bayraktar TB2” PUA və “Javelin” TƏİRK-in yeni əməliyyat taktikasını hazırlayıb

Ukrayna Silahlı Qüvvələri “Bayraktar TB2” zərbə tipli pilotsuz uçuş aparatları (PUA) və “Javelin” tank əleyhinə idarə olunan raket kompleksinin (TƏİRK) döyüş şəraitində istifadəsinin yeni taktikasını hazırlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Valeri Zalujnı məlumat verib.

“Ukrayna Silahlı Qüvvələrinin hərbi imkanlarını əhəmiyyətli dərəcədə artıracaq yüksək texnologiyalı silahlar almışıq. Bunlar, xüsusən “Bayraktar” PUA və “Javelin” TƏİRK-dir. Birləşmiş qüvvələrimizlə onları döyüş şəraitində istifadə etmək üçün yeni taktikalarını hazırladıq və bu taktikaları briqada, eləcə də, alay komandirlərinə nümayiş etdirdik. Biz, həmçinin, gecə və zəif görmə şəraitində onların hərtərəfli tətbiqini də göstərdik”, – deyə Valeri Zalujnı bildirib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Ukraynanın müdafiə naziri Aleksey Reznikovun iştirakı ilə ölkənin “Şiroki Lan” poliqonunda “Bayraktar TB2” PUA və “Javelin” TƏİRK-in döyüş şəraitində istifadəsi üzrə yeni taktikalarının işlənib hazırlanmasına dair təlimat-metodiki təlimini keçirib.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS