İraq 100 milyonluq “Bayraktar TB2” PUA-ları alacaq
İraqın Nazirlər Şurası Türkiyədən “Bayraktar TB2” PUA-ların alınması üçün təxminən 100 milyon ABŞ dolları dəyərində büdcə ayırıb.
“Poliqon” xəbər verir ki, müqavilə imzalanacağı təqdirdə İraq hərbçiləri bir neçə ay müddəti çərçivəsində “Bayraktar TB2” PUA-ların istifadə qaydaları ilə bağlı Türkiyəyə təlimə göndəriləcək.
İraqın müdafiə naziri Cuma İnad Sadun Türkiyədən məlum olmayan sayda “Bayraktar TB2” PUA-lar ilə yanaşı 12 ədəd T129 ATAK helikopteri və 6 ədəd elektron döyüş sistemi almaq üçün razılığa gəldiklərini açıqlayıb. İddialara görə alınacaq “Bayraktar TB2” PUA-nın sayı 12 ədəd təşkil edəcək.
Xatırladaq ki, Türkiyə ilə İraq arasında “Bayraktar TB2” PUA-ların alınmasına dair danışıqlar bir ildən artıqdır ki, davam edir.
İraq “Bayraktar TB2” PUA-lardan İraq-Suriya sərhədinin monitorinqində fəal şəkildə istifadə etməyi planlaşdırıb.
Rizvan Fikrətoğlu