DTX: Azərbaycan daha 10 ermənini qarşı tərəfə təhvil verib

DTX: Azərbaycan daha 10 ermənini qarşı tərəfə təhvil verib

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 2021-ci il dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın üçtərəfli görüşünün, habelə Azərbaycan Prezidenti ilə Avropa İttifaqı Şurasının Prezidenti arasında keçirilmiş ikitərəfli görüşün nəticəsi olaraq, humanizm prinsiplərinə sadiqliyinin təzahürü kimi Azərbaycan bu gün 10 nəfər erməni əsilli hərbi qulluqçunu Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib.

Bu barədə “Poliqon” Dövlət Təhlükəsizlik Xidmətinin İctimai əlaqələr şöbəsinə istinadən məlumat verib.

Məlumatda bildirilib ki, təhvil verilmiş şəxslər 2021-ci il noyabrın 16-da Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılıb.

Humanizm prinsiplərinə daim sadiqliyini nümayiş etdirən Azərbaycanın dekabrın 4-də qarşı tərəfə təhvil verdiyi 10 nəfər erməni əsilli hərbi qulluqçudan Ermənistan tərəfi sonradan dördünü həbs edib, altısına qarşı isə ittiham irəli sürüb.

Poliqon.az

CATEGORIES
TAGS