Prezident İlham Əliyev Hadrut əməliyyatının əhəmiyyətindən danışıb
Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik olan bir əməliyyat idi.
“Poliqon” xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 24-də Hadrutda yeni hərbi hissənin açılışında çıxış edərkən söyləyib.
Ali Baş Komandan Hadrut əməliyyatının əhəmiyyətindən danışıb: “Bu strateji qəsəbəni işğaldan azad etmək bizim gələcək planlarımıza əlavə dəstək verdi. Çünki əgər biz Hadrutu işğalçılardan azad etməsəydik, gələcək əməliyyatlarımız daha böyük çətinliklərlə üzləşə bilərdi”.
CATEGORIES Xəbərlər