Belarusda yeni “Sapfir” qumbaraatanlarının sınaqları keçirilib

Belarusda yeni “Sapfir” qumbaraatanlarının sınaqları keçirilib

Belarusda yeni “Sapfir” yüngül çoxməqsədli qumbaraatanların tədqiqat-konstruktor sınaqları keçirilib.

“Poliqon” Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin mətbuat xidmətinə istinadən məlumat verir ki, tandem döyüş başlıqlı “Sapfir” yüngül çoxməqsədli qumbaraatan kompleksinin yaradılması üzrə tədqiqat-konstruktor işləri artıq başa çatdırılıb.

Qumbaraatan universal çoxfunksiyalı atəş yığımının birdəfəlik tətbiqi sxeminə malikdir ki, bu da geniş çeşiddə müxtəlif hədəfləri vurmağa imkan verir. Tandem döyüş başlığının döyüş elementi maneənin arxasındakı düşmənə qəlpə zədələnməsini təmin edərək maneə arxasındakı hədəfi məhv edə bilir.

Silah, sıx məskunlaşmış ərazidə istifadə etməyə və kiçik nəqliyyat vasitələrinin banında daşımağa imkan verən kiçik çəki və ölçülərə malikdir.

Məlumatda bildirilir ki, kompleksin qaz dinamikası ondan kiçik otaqlarda belə istifadə etməyə imkan verir. Proqramlaşdırıla bilən elektron partladıcının istifadəsi maneədə və ya sığınacaqda hədəfi vurmaq üçün döyüş sursatı partlayışını uçuş trayektoriyasında proqramlaşdırmağa imkan verir.

Kompanovkanın müxtəlif variantları bir neçə nəqletmə-buraxma konteynerini bir blokda birləşdirərkən belə, tək və sürətli ardıcıl atəş açmağı təmin edir.

Qumbaraatanın istehsalı Belarus müəssisələrində yüksək lokalizasiya olunduğuna görə nisbətən aşağı qiymətə malikdir. Yəni, nəqletmə-buraxma konteyneri, optik-mexaniki və optik-elektron avadanlıqlar, həmçinin qumbaranın gövdəsi yerli müassisələrdə istehsal olunur.

Komitədən bildiriblər ki, son sahə sınaqları məmulatın hesabat texniki xassələrinə uyğunluğunu təsdiqləyib. “Sapfir” qumbaraatanları iki versiyada – müxtəlif müdafiə dərəcələrinə malik sığınacaqlarda yerləşən düşmən canlı qüvvəsi ilə mübarizə üçün hücum və zirehli texnika ilə mübarizə üçün kumulyativ variantlarında istehsal ediləcək.

Qumbaraatanın uzunluğu 750 millimetr, çəkisi 4 kiloqramdır. 60 mm çaplı atəş yığımı 450 metr effektiv və 1000 metr maksimal atış məsafələrinə malikdir. Normal üzrə homogen polad zirehi dəlmə qabiliyyəti ən azı 300 millimetrdir (həmçinin bax: MİLEX-2021 sərgisində “Sapfir” qumbaraatanı təqdim ediləcək).

qumbara1

qumbara2

qumbara3

qumbara4

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS