Türkiyə Ordusu VURAL elektron hücum kompleksinin ilk partiyasını əldə edib – VİDEO
ASELSAN şirkəti tərəfindən istehsal edilən REDET-II layihəli radioelektron mübarizə kompleksinin Türkiyə Silahlı Qüvvələrinə tədarükü davam etdirilir.
Bu barədə “Poliqon” Türkiyənin Müdafiə Sənayesi Başqanlığının (SSB) mətbuat xidmətinə istinadən məlumat verib.
Məlumatda bildirilib ki, VURAL (REDET-II) radar elektron müharibə sisteminin elektron hücum versiyasının ilk partiyası Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.
SSB başqanı İmail Dəmir milli proqram təminatı və avadanlıqla təchiz edilən VURAL kompleksinin Türkiyə Ordusunun elektron müharibə gücünə mühüm töhfə verəcəyini deyib.
Qeyd edək ki, VURAL radioelektron mübarizə kompleksinin tədarükü Radar Elektron Dəstək / Elektron Hücum (REDET-II) Layihəsi çərçivəsində həyata keçirilir.
CATEGORIES Xəbərlər