ASELSAN Filippinə “Gökdeniz” HHM sistemi ixrac edəcək

ASELSAN Filippinə “Gökdeniz” HHM sistemi ixrac edəcək

Türkiyənin ASELSAN şirkəti tərəfindən hazırlanan “Gökdeniz” yaxın mənzilli Hava Hücumundan Müdafiə (HHM- CIWS) sistemi Türkmənistan və Pakistandan sonra Filippinə ixrac ediləcək.

“Poliqon”un məlumatına görə, “Gökdeniz” sistemi Cənubi Koreya tərəfindən Filippin Hərbi Dəniz Qüvvələri üçün istehsal ediləcək korvetlərə inteqrasiya olunacaq.

“Gökdeniz” HHM, ASELSAN tərəfindən hazırlanmış ATOM adlı 35 mm çaplı proqramlaşdırılan qəlpəli atəş yığımı ilə əsasən gəmi əleyhinə raketləri məhv etmək üçün nəzərdə tutulub.

Bundan başqa, “Gökdeniz” HHM sistemi helikopter, təyyarə, pilotsuz uçuş aparatı və yerüstü nəqliyyat vasitələri kimi təhdidlərdən gəmi müdafiəsini effektiv şəkildə həyata keçirə bilir.

“Gökdeniz” sistemi atış kontrol radarı və elektro-optik (E/O) sensorlarından ibarət inteqrasiya edilmiş izləmə platforması sayəsində hədəfi dəqiq izləyə və məhv edə bilir. “Gökdeniz”in stabilləşdirilmiş silah qülləsi 35 mm KDC-02 tipi iki lüləli silah sistemi ilə dəstləşdirilib. Silah sisteminin maksimal atış tempi dəqiqədə 1100 atəş təşkil edir. “Gökdeniz” sistemi sursatlarla avtomatik qidalanma mexanizminə (OŞMBM) malikdir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS