“Roketsan” şirkətinin MAM-T sursatları silahlanmaya verilib

“Roketsan” şirkətinin MAM-T sursatları silahlanmaya verilib

“Roketsan” şirkəti tərəfindən milli imkanlar hesabına hazırlanan MAM (Mini Ağıllı Sursat) ailəsinin yeni üzvü MAM-T aviasiya sursatının ilk partiyası Türkiyə Silahlı Qüvvələrinin inventara daxil edilib.

“Poliqon”un məlumatına görə, “Baykar” şirkətinin “Akıncı” hücum pilotsuz uçuş aparatının (PUA) imkanlarına uyğun hazırlanan MAM-T sursatı digər PUA-lara, o cümlədən yüngül hücum və döyüş təyyarələri kimi fərqli platformalara da inteqrasiya ediləcək.

Daha yüksək döyüş başlığı effektivliyi və uzun mənzil ehtiyacını ödəmək məqsədi ilə hazırlanan MAM-T Blok-1 konfiqurasiyası həm hərəkətli, həm də sabit hədəflərə qarşı tədbiq edilə bilir. Yüksək dəqiqlik sərgiləyən ağıllı sursat Qlobal Mövqeləşdirmə Sistemi (GPS) və İnersial Naviqasiya Sistemi (ANS) tərəfindən dəstəklənə bilən yarı aktiv lazer axtarıcı (LAB) başlıq ilə təchiz edilib.

30 km-dən artıq mənzilə sahib MAM-T ağıllı sursatının çapı 230 mm, uzunluğu 1.4 metr, ümumi çəkisi isə 94 kiloqramdır. Sursat qəlpəli atəş yığımı olan döyüş başlığı ilə təchiz edilib. Müxtəlif PUA-lardan atıla bilən MAM-T sursatı ilə su üstü hədəfləri, zirehli və zirehsiz nəqliyyat vasitələrini məhv etmək mümkündür.

Qeyd edək ki, “Roketsan” şirkəti tərəfindən 2021-ci ilin ikinci yarısında kütləvi istehsalına başlanılan MAM-T ağıllı sursatı ilk dəfə IDEF-2021 sərgisində nümayiş etdirilib.

MAM T

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS