ABŞ-ın “Oshkosh Defense” şirkəti hibrid eJLTV zirehli avtomobili hazırlayıb

ABŞ-ın “Oshkosh Defense” şirkəti hibrid eJLTV zirehli avtomobili hazırlayıb

ABŞ-ın “Oshkosh Defense” şirkəti JLTV zirehli avtomobilinin bazasında eJLTV adlı hibrid versiyasının buraxıldığını elan edib. Bundan sonra JLTV yolsuzluq avtomobilləri daha səssiz və nəzərəçarpmaz olacaq.

Bu barədə “Poliqon” “Oshkosh Defense” şirkətinin mətbuat xidmətinə istinadən məlumat verib.

Bildirilib ki, hibrid eJLTV zirehli avtomobili ABŞ Ordusu və ABŞ Dəniz Piyadaları Korpusuna səssiz hərəkətləndiricinin əlavə edilməsi, daxili sistemləri gücləndirmək üçün genişləndirilmiş səssiz seçimlər, təkmilləşdirilmiş yanacağa qənaət və xarici avadanlığı gücləndirmək imkanlı baza JLTV ilə eyni istehsalat və müdafiə səviyyəsini təklif edir.

İstehsalçı bildirir ki, hibrid güc qurğusu yanacağa 20%-ə qədər qənaət edilməsinə imkan verir. Daxili akkumulyator batareyası həcmini artırmaq imkanı ilə 30 kVt/saat gücə malikdir. Bir generator olaraq, eJLTV güc qurğusu 115 kVt-a qədər güc verə bilər ki, bu da yedəkli generatorun vəzifələrinin əksəriyyətini əhatə edir.

Qeyd edək ki, L-ATV (Light Combat Tactical All-Terrain Vehicle – yüngül döyüş taktiki yolsuzluq avtomobili) zirehli avtomobili “Oshkosh Defense” şirkəti tərəfindən 2011-ci ildə “Oshkosh” M-ATV MRAP (mine resistant ambush protected – mina partlayışından və pusqu hücumlarından qorunan) yolsuzluq avtomobili bazasında layihələndirilərək hazırlanıb. Daha sonra istehsalçı avtomobili ABŞ Müdafiə Nazirliyi tərəfindən köhnəlmiş “Humvee” zirehli avtomobillərini əvəz etməkdən ötrü birgə yüngül taktiki avtomobillərin yaradılması üzrə təşkil edilən “Joint Light Tactical Vehicle” (JLTV) tenderinin şərtlərinə uyğunlaşdırılıb. 2015-ci ilin avqust ayında “Oshkosh Defense” şirkəti ABŞ Ordusunda zirehli avtomobillərin dəyişdirilməsi üzrə tenderin qalibi elan edilmiş və 2016-cı ilin sentyabr ayında yeni avtomobillərin istehsalına başlayıb.

Tenderdə qalib gəldikdən sonra JLTV adlandırılan “Oshkosh” L-ATV zirehli avtomobilləri adaptiv asqı ilə 6,4 ton kütləyə və 51 sm-ə bərabər maksimal yer klirensinə sahib zirehli avtomobildir. Maşın paraşüt sistemlərində desant olunma və helikopterlərin xarici asqıları daxil olmaqla hava nəqliyyatı vasitələri ilə daşınma üçün yararlıdır. Maşının baza zirehi heyəti orta çaplı atıcı silahların atəşindən, həmçinin minalardan və fuqaslardan qoruyur. Zərurət yarandıqda avtomobilə əlavə asma zireh quraşdırıla bilər.

ltv

Hibrid eJLTV zirehli avtomobili

ltv1

Baza JLTV zirehli avtomobili

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS