Türkiyənin “Bozdoğan” və “Gökdoğan” raketləri bu il silahlanmaya veriləcək
Türkiyənin TÜBİTAK SAGE mərkəzi tərəfindən “Göktuğ” layihəsi çərçivəsində hazırlanan “Bozdoğan” və “Gökdoğan” raket sistemlərinin sınaqları tamamlandıqdan sonra, cari ildə Türkiyə Ordusunun inventarına qəbul ediləcək.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir bildirib.
Türkiyənin ilk milli “hava-hava” tipli “Bozdoğan” və “Gökdoğan” raketlər 2013-cü ildə başlayaraq hazırlanır. Bu raketlər Türkiyə Silahlı Qüvvələrinin döyüş təyyarələrində hazırda istifadə ediləni ABŞ istehsalı AIM-120 AMRAAM və AIM-9 “Sidewinder” raketlərini əvəz edəcək.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər
TAGS “Bozdoğan”“Gökdoğan”AIM-120 AMRAAMAIM-9 “Sidewinder”GÖKTUĞİsmail DəmirTÜBİTAK SAGETürkiyəTürkiyə OrdusuTürkiyənin Müdafiə Sənayesi