ABŞ-da F-15EX “Eagle II” qırıcısının atış sınaqları keçirilib
ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) F-15EX “Eagle II” qırıcısı “hava-hava” sinif raketi buraxaraq ilk atəş sınaqlarından keçib.
“Poliqon”un məlumatına görə, Meksika körfəzi üzərində aparılan sınaqlar zamanı qırıcının heyəti AIM-120D raketindən istifadə etməklə BQM-167 hava hədəfini şərti olaraq vurub.
“Combat Archer” kimi tanınan “hava-hava” sinif silah sisteminin qiymətləndirilməsinin bir hissəsi olaraq, F-15EX “Eagle II” qırıcısı hədəfi tapıb, eyniləşdirib və raketin köməyi ilə ona hücum edib. Hədəfə doğru uçduğu məlum olanda raketə özünü məhvetmə əmri verilib.
ABŞ HHQ-dən bildirib ki, raketin uğurla buraxılması altı aylıq kompleks təcrübi-konstruktor və istismar uçuş sınaqlarından sonra baş tutub. Gələcəkdə qırıcı “mürəkkəb raket buraxılışları” ilə sınaqdan keçirilməli olacaq.
Qeyd edək ki, F-15 “Eagle” ABŞ-ın 4-cü nəsil qırıcısıdır. Təyyarə 1972-ci ildə hazırlanıb və dörd il sonra ABŞ ordusunun silahlanmasına daxil edilib. 1976-cı ildən bəri müxtəlif modifikasiyalarda 1500-dən çox F-15 qırıcısı istehsal edilib. ABŞ-dan başqa, bu təyyarələr Yaponiya, Səudiyyə Ərəbistanı, İsrail, Cənubi Koreya və Sinqapur ordularının silahlanmasındadır.
F-15EX təyyarəsi F-15 “Eagle” qırıcısının ən son versiyasıdır. Bu versiya prinsipcə yeni radarlar, kompüter sistemi və müdafiə texnologiyaları (radioelektron mübarizə və təhlükənin aşkarlanması sistemləri) ilə təchiz edilib. F-15EX qırıcısının əsas xüsusiyyəti 20-dən çox “hava-hava” sinif raketi daşımaq qabiliyyətidir. “Boeing” şirkəti bildirit ki, qırıcının gövdəsi 20 000 uçuş saatı üçün nəzərdə tutulub, F-15-in ilk versiyaları isə 5 000 saatdan sonra texniki xidmət tələb edir.
Əhəd Əzizov