ANAMA ötən həftə 51 hektardan çox ərazini mina və PHS-dən təmizləyib

ANAMA ötən həftə 51 hektardan çox ərazini mina və PHS-dən təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.

2022-ci il fevralın 1-dən 5-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 513 412 m2 (51.3 ha) ərazi yoxlanılıb, 7 ədəd piyada və 10 ədəd tank əleyhinə mina, 42 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

anama 2

Poliqon.az

CATEGORIES
TAGS