İraq hava hücumundan müdafiə sistemləri axtarışındadır

İraq hava hücumundan müdafiə sistemləri axtarışındadır

İraq Çin ilə uzaqmənzilli zenit-raket kompleksləri (ZRK) almaq üçün danışıqlar aparır.

Bu barədə “Poliqon” İraq KİV-lərinə istinadən məlumat verib.

İraq Silahlı Qüvvələrinin hava hücumundan müdafiə ehtiyaclarını qarşılamaq üçün Çinin Aerokosmik Elm və Sənaye Korporasiyası (CASIC) tərəfindən hazırlanmış FD-2000B uzaqmənzilli ZRK ilə yaxından maraqlanır. FD-2000B ZRK 200 km-ə qədər məsafədə hava və ballistik hədəfləri tutmaq, habelə 125 km-ə qədər məsafədə və 25 m-dən 27 m-dək yüksəklikdə 1000 m/s sürətlə uçan bütün növ aerodinamik hədəfləri (təyyarələr, helikopterlər, pilotsuz uçuş aparatları və qanadlı raketlər) məhv etmək üçün nəzərdə tutulub. Kompleksin hava və ballistik hədəfləri tutma hündürlüyü 500-30000 m, radarları aşkarlama məsafəsi 280 km-dir. 

Xatırladaq ki, bundan əvvəl, 2020-ci ilin yanvarında İraq Çin, Rusiya və Ukraynadan hava hücumundan müdafiə (HHM) sistemləri almaq üçün təklifləri dəyərləndirəcəyini açıqlamışdı. Bu çərçivədə İraq hökuməti Rusiyanın S-400 “Triumf” zenit-raket kompleksləri ilə yaxından maraqlanıb.

Hazırda İraq hökuməti Çin və Rusiya ilə yanaşı Fransa və Koreyadan uzaqmənzilli HHM sistemlərinin alınmasını nəzərdən keçirir.

Ekspertlər hesab edirlər ki, İraqın Rusiyadan S-400-lərin alınması məsələsi siyasi risk hesab olunur. Çünki bu, İraqın əsas tərəfdaşı olan ABŞ-ın təhlükəsizlik sahəsində sanksiyalarına səbəb ola bilər.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS