İsrailin “Iron Dome” sisteminin dəniz versiyası sınaqları tamamlayıb – VİDEO
İsrailin Hərbi Dəniz Qüvvələri və “Rafael Advanced Defense Systems” (“Rafael”) şirkəti “Iron Dome” (“Dəmir Günbəz”) hava hücumundan müdafiə (HHM) sisteminin “C-Dome” adlı dəniz platformalarına inteqrasiya edilmiş variantının sınaqlarını başa çatdırıb.
“Poliqon” xəbər verir ki, “Rafael” şirkətinin sosial şəbəkə hesablarında sınaqların uğurla nəticələnməsi qeyd olunub. Bununla “C-Dome” sisteminin dəniz platformalarına inteqrasiya prosesi tamamlanıb.
“C-Dome” sistemi ilk dəfə İsrail Hərbi Dəniz Qüvvələrinin silahlanmsında yer alan “Saar 6” korvetindən bir çox müasir təhdidlərə qarşı istifadə edilib.
Qeyd edək ki, “C-Dome” sistemi bir çox raketləri, pilotsuz uçuş aparatlarını, qısa məsafədən atılan hədəfləri sürətli şəkildə aşkarlayıb zərərsizləşdirə bilir. “C-Dome” sisteminin effektiv mənzili minimum 4 km, maksimum 70 km təşkil edir.
Rizvan Fikrətoğlu