Serbiya “Airbus” C295 hərbi nəqliyyat təyyarələri alacaq

Serbiya “Airbus” C295 hərbi nəqliyyat təyyarələri alacaq

Serbiyanın Müdafiə Nazirliyi Madriddə “Airbus” şirkəti ilə iki ədəd “Airbus” C295 hərbi nəqliyyat təyyarəsinin alınmasına dair müqavilə imzalayıb.

“Poliqon” xəbər verir ki, bu barədə açıqlama verən Serbiya Prezidenti Aleksandr Vuçiç müqavilənin ümumi dəyərinin 81 milyon avro olduğunu bildirib.

Müqaviləyə əsasən, çoxməqsədli C295 təyyarələrinin sifarişçiyə çatdırılmasının 2023-cü ilin sonu, 2024-cü ilin əvvəlində həyata keçirilinəsi planlaşdırılıb.

Qeyd edək ki, “Airbus” şirkətinin istehsal etdiyi 170-ə yaxın “Airbus” C295 təyyarəsi 25-dən çox ölkənin Silahlı Qüvvələrində istifadə olunur.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS