“Lockheed Martin” şirkəti “Javelin” istehsalını artırmağı planlaşdırıb

“Lockheed Martin” şirkəti “Javelin” istehsalını artırmağı planlaşdırıb

ABŞ-ın silah istehsalçısı olan “Lockheed Martin” şirkəti Rusiyanın Ukraynaya müdaxiləsindən sonra artan tələbat səbəbindən “Javelin” tank əleyhinə raket komplekslərinin istehsalını demək olar ki, iki dəfə artırmağı planlaşdırıb.

“Poliqon” xəbər verir ki, bu barədə şirkətin baş icraçı direktoru Ceyms Tayklet (Chief Executive Officer James Taiclet) müsahibəsində bildirib.

Onun sözlərinə görə, istehsalın həcmini ildə 2100 ədəddən 4000 ədədə çatdırmaq planlaşdırılıb. Qeyd edilib ki, artım bir neçə il çəkəcək.

Ceyms Tayklet hesab edir ki, Rusiya və Çindən gələn təhdidlər səbəbindən Ukraynada müharibə bitdikdən sonra da “Lockheed Martin” məhsullarına tələbat davam edəcək.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS