ANAMA azad edilən ərazilərdə daha 178 ədəd mina aşkarlayıb

ANAMA azad edilən ərazilərdə daha 178 ədəd mina aşkarlayıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Xocavənd, Tərtər, Cəbrayıl rayonları və Şuşa şəhəri ərazisində aparılır.

2022-ci il mayın 16-dan 25-nə qədər aparılan minatəmizləmə əməliyyatları zamanı 4 134 740 m2 (413 ha) ərazi yoxlanılıb, 109 ədəd piyada və 69 ədəd tank əleyhinə mina, 155 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

anama 3

Poliqon.az

CATEGORIES
TAGS