Türkiyə və İndoneziya birgə “hava-yer” tipli raketlər hazırlayacaq
İndoneziyanın Texnologiya Qiymətləndirilməsi və Tətbiqi Agentliyi (BPPT) Türkiyənin TÜBİTAK SAGE institutu ilə modulyar “hava-yer” tipli raketlərin hazırlanmasında əməkdaşlıq edəcək.
TÜBİTAK-dan “Poliqon”a verilən məlumata görə, BPPT ilə SAGE birgə gəmi əleyhinə əməliyyatlardan tutmuş yerüstü hücum missiyalarına qədər müxtəlif tapşırıqlar üçün konfiqurasiya edilə bilən modulyar “hava-yer” raketləri üzərində işləyəcək.
Yeni “hava-yer” raketləri əsasən pilotsuz uçuş aparatlarında istifadə ediləcək.
Bildirilib ki, birgə əməkdaşlığın məqsədi İndoneziyanın yerli olaraq hazırlanmış orta hündürlük və uzaq məsafə (MALE) sinif PUA-larını yerüstü zərbə imkanları ilə təchiz etməkdir.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər